Yuvamdan didərgin düşmüşəm, Ana!

Azerbaycanlı Yazar Nezmiyye Hicran

O soyuq dekabr gecələrindən...

Kim bilir bəlkə də, sənin qolların,

Boynuma dolanan Vətən olacaq.

Alıb sinəsinə bir ömür boyu,

Boyuma biçilən kəfən olacaq!

Dərdimi, qəmimi unutduracaq,

Gözümün yaşını qurutduracaq,

Kim bilir bəlkə də, qürbət ellərdə,

O, mənə Vətəni yaşatdıracaq...

Kim bilir nələr var alın yazımda,

Doğulduğum gündən perikdi ruhum!

Burda səksəkəli deyilik, Ana,

Aldığım nəfəsi qorxaraq udum...!

Yollar çox uzaqdı, yollar bitməyir,

Yolumu nə boran, nə qar kəsməyir,

Tökülür gözümdən qara damlalar-

Üstümdən qara yel, səmum əsməyir..

Burda təbiətin üzü günəşli....

Burda adamların qanı istidir...

Elə bil doğmaca Kəlbəcərdəyəm-

Elə bil Sakarya evin içidir...

Ürəyim çırpınır Bakıya sarı...

Boylanır gecələr ulduzla, ayla...

O soyuq dekabr gecələrindən-

Yuvamdan didərgin düşmüşəm, Ana!

Nezmiyye Hicran

Sakarya, 1 Ekim 2017

# YAZARIN DİĞER YAZILARI

Yazar Nezmiyye Hicran - Mesaj Gönder


göndermek için kutuyu işaretleyin

Yorum yazarak Sakarya’dan Haber Topluluk Kuralları’nı kabul etmiş bulunuyor ve yorumunuzla ilgili doğrudan veya dolaylı tüm sorumluluğu tek başınıza üstleniyorsunuz. Yazılan yorumlardan Sakarya’dan Haber hiçbir şekilde sorumlu tutulamaz.

Anadolu Ajansı (AA), İhlas Haber Ajansı (İHA), Demirören Haber Ajansı (DHA), Anka Haber Ajansı (ANKA) tarafından servis edilen tüm haberler Sakarya’dan Haber editörlerinin hiçbir editöryel müdahalesi olmadan, ajans kanallarından geldiği şekliyle yayınlanmaktadır. Sitemize ajanslar üzerinden aktarılan haberlerin hukuki muhatabı Sakarya’dan Haber değil haberi geçen ajanstır.